Fakt

TÜRKİYƏDƏ ZƏLZƏLƏ: azı 21 ölü, 1000-dən çox yaralı

Ötən gün Türkiyənin şərqində baş verən zəlzələ nəticəsində ən azı 22 nəfər ölüb, 1000-dən çox insan xəsarət alıb.

Episentri Elazığın Sivrice bölgəsində olan 6,8 bal gücündə zəlzələ Malatya bölgəsində də güclü dağıntılar törədib.

Hakimiyyət Elazığda 17 adamın öldüyünü bildirir. Malatyada dörd nəfər həlak olub. Daha əvvəl Malatyanın qubernatoru 6 nəfərin öldüyünü bildirmişdi.

Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

200-dən artıq təkrar təkan

İlk yeraltı təkan cümə günü axşam saat 20.55-də yer alıb, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirir.

Bundan sonra daha 274 təkan qeydə alınıb. Onlardan 12-sinin gücü 4 baldan yuxarı olub.

Zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdu

Təbii fəlakətdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşları olmayıb, Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər.

Səfirliyin nümayəndəsi deyib ki, Türkiyə tərəfindən alınan məlumata görə, zərərçəkənlərın hamısı Türkiyə vətəndaşlarıdır.

“Səfirlikdə açılan “qaynar xəttə” Azərbaycan vətəndaşlarından müraciət daxil olmayıb”.

Zəlzələ Suriya, Livan və İranda da hiss olunub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button