Fakt

Məhkəmə Gültəkin Hacıbəylini cəzalandırdı

Məhkəmə Gültəkin Hacıbəylini cəzalandırdı

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin işi üzrə məhkəmə prosesinin növbəti iclası olub.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmə qərar çıxarıb. Hökmə əsasən, “Azadlıq\” radiosunun 5 iyul 2013-cü il, saat 17:05-də başlayan “İşdən sonra” rubrikasında efirə gedən “9 yaşlı uşaq repressiya qurbanı” adlı verilişdə yalan olduğunu bilə-bilə Mahmud Mehdiyevin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatları qəsdən yaydığına görə, habelə “Azadlıq” qəzetinin 5 sentyabr 2013-cü il tarixli sayının 6-cı səhifəsində dərc olunmuş müsahibəsində yalan olduğunu bilə-bilə Aynur Mehdiyevanın şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatları qəsdən yaymaqla, onlara böhtan atdığına görə Hacıbəyli Gültəkin Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə təqsirli bilinib və 500 manat cərimə ilə cəzalandırılıb. Bundan başqa, iş üzrə olan 150 manat ekspertiza xərci təqsirləndirilən şəxs G.Hacıbəylinin üzərinə qoyulub. G.Hacıbəyli isə hökmdan narazı qalıb və hakimə verdiyi hökmə görə həbs olunacağını deyib.

Mahmud Mehdiyev isə bildirib ki, hökmlə G.Hacıbəylinin cəzalandırılması müsbət haldır. Lakin hökmün cəza hissəsi ilə razı deyil. Buna görə də Mahmud Mehdiyev və Aynur Mehdiyeva apelyasiya şikayəti verəcəklər.

Məhkəməyə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər müxalifət üzvləri də qatılıblar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button