Astara Gömrüyündə vətəndaş təhqir olundu – ŞİKAYƏT
Lənəran rayonu, Ləj kənd sakini Nağı Nağıyev Astara Gömrük Keçid Məntəqəsinin işçiləri tərəfindən əvvəlcə təhdid, sonra isə təhqir olunub. Bu barədə JAM.AZ-a məlumat verən sözügedən şəxs bildirib ki, hadisə ötən ilin noyabrında baş verib.
O qeyd edib ki, İrandan gələrkən evinin ehtiyaclarını qarşılamaq məqsədi ilə bir miqdar ərzaq məhsulu alıb. Lakin gömrük işçiləri onu saxlayaraq, aldığı malları müsadirə edəcəklərini və cərimə olunacağını bildiriblər. Səbəbini soruşduqda isə heç bir açıqlama ala bilməyən Nağı Nağıyev baş verənlərlə bağlı Gömrük Komitəsinə şikayət edəcəyini deyib. Ardından isə təhdid olunub. İş bir az uzandığından təhdidlər başlayıb və Lənkəran sakininə başına oyun açıacaqlarını çatdırıblar. «Mənə dedilər ki, gedib kimsə istəsəm şikayət edə bilərəm. Onların heç nədən qorxuları yoxdur. Aldığım malları müsadirə edib, mənim özümü də cərimələdilər».
Qeyd edək ki, Astara Gömrüyündə belə özbaşınalıqlar ilk dəfə deyil baş verir. Ümumilikdə götürdükdə, Azərbaycan Gömrü Komitəsinin problemli Keçid Məntəqələri sırasında Astara və Yalama məntəqələri ən problemli və korrupsiyalaşmışı sayılır. Astara Gömrüyündə isə durum daha ağır hesab olunur. Çünki burada bəzi gömrük işçiləri sözün həqiqi mənasında insanlıq cildindən çıxıblar. Üstəlik, orada açıq bazardır və rüşvət belə kameralar qarşısında alınır.