Fakt

Rauf Arifoğlu Məzahir Pənahovun ləhcəsini lağa qoydu: “GÖSTƏRER, GƏRƏK QALMER…”

“Məlum səbəbdən, digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb, təhlil edirəm… Belə anladım ki, seçki adına əsil yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı dairədə gedibmiş (təbii, daha başqaları da var)…”

Savash.org xəbər verir ki, bunu 35 saylı Xətai üçüncü seçki dairəsindən lider namizəd elan edilmiş və daha sonra qələbəsi ləğv olunmuş Rauf Arifoğlu bildirib.

O, qeyd edib ki, sadəcə, Məzahir Pənahovu və hakimiyyəti sosial media “atmosferə” saldı. “Bizim dairəni qurban verib, bütövlükdə seçkini xilas etməyə cəhd göstərdilər. Amma üzə çıxan yeni – yeni videolar göstərir ki, 35-ci Xətai 3-cü seçki dairəsini qaytarıb, ən azı, 35 dairəni ləğv eləmək lazımdı…

Rauf Arifoğlu Məzahir Pənahova qəzəbli olduğunu gizlədə bilməyib və bunu onun ləhcəsini lağa qoymaqla ifadə edib:

“Məzahir Pənahovun ömrü boyu bircə dəfə demokratlığı tutdu, o da bizim dairənin başında çatladı. “Sosial şəbəkə göstərer, yazmağa, sənədlərə baxmağa gərək qalmer…”, dedi…

İkinci dəfəmizdə bunu Feysə baxmağa qoymamaq lazımdı.

Hər şey Feysdəki kimi olsaydı, dünən MSK -nın qarşısında 35-40 min “like” olmalı idi.

Cəmi 35-40 idilər…”.

Savash.org xatırladır ki, Rauf Arifoğlu ilə Məzahir Pənahov həmyerlidir və hər ikisi əslən Tovuz rayonundandırlar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button