Tarixi xəyanət: arxivdəki erməni sənədləri kağız zavoduna satılıb
Osmanlı arxiv sənədlərinin 1931-ci ildə yenidən istehsal edilmək üçün yığılan kağız qiymətinə satıldığı iddia edilib.
Məlumata görə, Bolqarıstan tarixi və erməni məsələsinə dair sənədlərin Bolqarıstana, oradan da Vatikana keçirilməsi ilə bağlı bir planın həyata keçirildiyini iddia edilib.
\”Kilosu 3 quruşa tarix var\”
“Yedikıta” tarix və mədəniyyət jurnalı yanvar sayında İstanbul Maliyyə Şöbəsinə aid 200 bağlama maliyyə arxivinin Bolqarıstana satılması işinin adi bir hadisə deyil, planlı və uzun sürən bir kəşfiyyatın nəticəsində baş verdiyi ilə bağlı iddialara yer verib. Osmanlı arxivi mütəxəssisi Kasım Hızlı və Kırklareli Universitetinin ədəbiyyat tarixi müəllimi, dosent Rəşid Gündoğdu \”Kilosu 3 quruşa tarix var\” başlıqlı dosyedə diqqətçəkən məlumatlara yer verib.
Yazıda xüsusi vurğulanır ki, türkcə çox yaxşı bilən və o vaxt polkovnik olan Panço Doref Osmanlı arxivlərinin erməni Berger ailəsinin kağız zavoduna satılmasında mühüm rol oynayıb.
Məqalədə qeyd olunur: “Qalatasaray Liseyi məzunu olan Panço Doref Osmanlı arxivlərinə gedərək həm bolqar tarixi, həm də erməni məsələsi üzərində ciddi tədqiqatlar aparıb. Tapdığı sənədlərdən təsirlənərək Bolqarıstan hökuməti ilə yazışmağa başlayıb. Daha sonra yerli tərəfdaşlar taparaq arxiv sənədlərinin Bolqarıstana göndərilməsi üçün qurğu qurub”.
\”Bu, şüurlu bir xəyanətdir\”
Məqalədə verilən məlumatları araşdıran dövlət arxivinin keçmiş baş direktoru Atilla Çətin Panço Dorefin fəaliyyətləri və arxiv sənədlərinin satılması barədə belə deyib: “Bir bolqar polkovniki yetişdirilib. Və o, maliyyə arxivi anbarlarına gələrək sənədlərin işə yaramadığını bildirib. Halbuki polkovnik gəlib uzun müddət kəşfiyyat aparıb, işbirliyi qurmağa adamlar tapıb.
Qrup mühüm sənədləri ayırıb. Maliyyə ilə razılaşıb. O zamankı dəftərdar Şəfiq Bəy və valı müavini Fazlı Güləçlə görüşüblər. Şüurlu olaraq o sənədləri alıblar. Bu, şüurlu bir xəyanətdir.
Bolqarların yaxşı türkoloqları var. Onlar dərhal arxiv sənədlərinə əl qoyub, işə yarayan sənədləri ayırıb milli kitabxanalarına veriblər. Sonradan gördük ki, bolqarlar sənədlərə çox yaxşı sahib çıxıblar və onları bizdəkindən daha yaxşı qoruyublar. Bütün xarici ölkə türkoloqları sənədləri çox yaxşı qoruyur”.
Erməni sənədləri 40 milyona satılıb
“Yedikıta” jurnalı Osmanlı arxiv sənədlərinin Bolqarıstan tərəfindən Vatikana satılıb-satılmadığı məsələsinə də aydınlıq gətirib. Yazıda qeyd olunur ki, Manisa millət vəkili Rəfiq Şövkət Osmanlı arxiv sənədlərinin Vatikan tərəfindən satın alındığını təsdiqlənmək üçün Türkiyə Böyük Millət Məclisinə göndərib. Lakin keçmiş təhsil naziri Rəşid Qalib bu barədə rəsmi məlumat olmadığını bildirib.
Məşhur fransız jurnalı “Le Nouvel Observateur”da dərc olunan xəbərə görə, Vatikanın əlindəki ermənilərlə bağlı sənədlərin böyük hissəsi 1931-ci ildə Bolqarıstandan alınıb.
Yazar M.Necati 23 iyul, 1995-ci ildəki köşə yazısında Vatikanın sənədlər üçün 40 milyon bolqar levi ödədiyini qeyd edib.
Panço Doref kimdir?
Çox yaxşı türkcəsi olan bolqar tarixi tədqiqatçısı Panço Doref Qalatasaray Liseyinin məzunudur. Monastır və Makedoniyanın millət vəkili olub. O dövrdə türklərlə xristianlar arasında yaxşı münasibətlər yaratmaq üçün Osmanlı İttihad və Tərəqqi Partiyasını qurub. Heç bir uğur qazana bilməyən bu partiya isə 1910-cu ildəki silah toplama cəhdinə qarşı çıxdığına görə bağlanıb.
Balkan müharibələrindən sonra Makedoniyada komitəçilik edən Panço Doref Bolqarıstana köçüb. Panço Doref 1928-ci ildən Osmanlı arxivində işləyib. Əsasən Bolqarıstan tarixi və Ermənistan məsələsi ilə bağlı araşdırmalar aparıb. 1931-ci ildə sənəd satışından öncə Osmanlı arxivlərində Bolqarıstan haqqında qiymətli arayışlar olduğuna dair Bolqarıstan hökumətinə məktublar yazan Panço Doref sənədlərin satışından sonra da bu sənədlərin Bolqarıstan Milli Kitabxanasına nəqli məsələsində mühüm rol oynayıb (musavat.com).