Fakt

İki düşmən məhbusu bir kamerada saxlayırlar

İki düşmən məhbusu bir kamerada saxlayırlarMəhkumun ailəsi 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyini ittiham edir

Penitensiar Xidmət: «Onlara rəsmi cavab gəlibsə, məsələ demək ki, aydındır»

\”Bizim Yol\” qəzetinə 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Bayram Abdullayevin bacısı Seyranə Abdullayeva yazıb.

S.Abdullayeva bildirir ki, onun qardaşı 5 aya yaxındır ki, məhbus həyatı yaşayır: \”Qardaşım orada cəza yox, əzab-əziyyət, psixoloji işgəncə çəkir\” – deyən S.Bayramova bununla bağlı sözügedən cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədova və onun müavini Qaçay Aslanova müraciət etdiyini bildirir. \”Bununla bağlı müraciət etsəm də onlar heç bir tədbir görmürlər. Qardaşımdan qisas almaq üçün onu təxribata çəkmək istəyirlər. Belə ki, məhbus Elçin Tağıyevin qardaşım Bayramla aralarında olan gərgin münasibətə baxmayaraq, onları bir yataqxanada, eyni kamerada saxlayırlar\”. \”Mən şəxsən bu barədə Penitensiar Xidmətin qaynar xəttinə, Ombudsmana, İctimai Komitəyə müraciət etsəm də, heç bir tədbir görülmədi. Bu qanunsuzluğun başında 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov və onun müavini Qaçay Aslanov dayanır\” – deyə S.Abdullayeva məktubda qeyd edir.

\”12 saylı cəzaçəkmə müəssisəsində baş alıb gedən qanunsuzluq, işgəncə və özbaşınalıq faktları barədə qardaşım bu ilin iyun ayında mətbuata şikayətlər etdiyi üçün rəhbərlik bu yolla ondan qisas alır. Həmin vaxt qardaşımdan mətbuatda verdiyi açıqlamaları təkzib etməsi barədə ərizə yazmağı tələb edildi, ancaq qardaşım buna etiraz etdi\”.

S.Abdullayeva Penitensiar Xidmətin rəisi Mədət Quliyevə dəfələrlə ərizə ilə müraciət edərək B.Abdullayevin Şəkidə yerləşən həbsxanaya köçürülməsini xahiş etdiyini bildirib: \”Həmin ərizəmizə cavab verilsə də, indiyədək köçürülmə icra edilməyib\”.

Şikayətçi məhbusların Şəkiyə köçürülməsinin rüşvətlə həyata keçirildiyini iddia edir: \”Mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edirəm. Cənab Prezident, ailəmiz adından Sizdən xahiş edirik ki, həyat və sağlamlığı ciddi təhlükədə olan qardaşım məhbus Bayram Abdullayevin 12 saylı cəzaçəkmə müəssisəsindən Şəki Penitensiar Müəssisəsinə köçürülməsinə köməklik göstərəsiniz. Eyni zamanda 12 saylı cəzaçəkmə müəssisəsində baş alıb gedən korrupsiya, qanunsuzluq və özbaşınalıq faktının obyektiv araşdırılıb tədbir görülməsinə göstəriş verəsiniz\”.

Bayram Abdullayevin ailəsi tərəfindən Penitensiar Xidmətə edilən müraciətə cavab olaraq bildirilib ki, məhbusun digər cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün Cəzaların İcrası Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından edilən müraciəti müsbət həll etmək mümkün olmayıb.

\”Artıq onlara rəsmi cavab gəlibsə, məsələ demək ki, aydındır\” – deyə qurumun əməkdaşı Rövşən Hacıyev bildirdi.

Şikayət məktubunda adları hallanan R.Məmmədov və Q.Aslanovla bağlı əməkdaşımızın Penitensiar Xidmətə göndərdiyi sorğuya gün ərzində cavab veriləcəyi bildirilsə də, bu haqda heç bir məlumat təqdim edilmədi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button