Fakt

“Qara bazar”da dollar bahalaşdı, bu banklar isə satışı dayandırdı – BAKIDA

Dünya bazarında neftin qiymətinin ucuzlaşması ABŞ dollarına tələbatı artırıb. Bir çox iqtisadi ekspertlər isə baş verənlər fonunda növbəti devalvasiyanın qaçılmazlığı haqda proqnozlar səsləndirməyə başlayıblar.

Mərkəzi Bankın açıqladığı məzənnədə dəyişiklik olmasa da Azərbaycanda dollar ajiotajının yaşandığı sirr deyil. Çoxları hesab edir ki, hökumətin səylərinə baxmayaraq dolların hazırkı məzənnəsini uzun müddətə qoruyub saxlamaq mümkün olmayacaq. Bu isə paytaxtda ABŞ dollarına olan tələbatı nəzərəçarpan dərəcədə artırıb.

“SAVAŞ” xəbər verir ki, sfera.az-ın əməkdaşı mövzunu araşdırmaq məqsədilə araşdırma aparıb. Bu gün dollar alıcısı kimi müxtəlif banklara üz tutan jurnalist maraqlı sitiuasiya ilə üzləşib.

Məlum olub ki, “Günaybank”da dollar limitlə satışa çıxarılıb. Belə ki, burada bir şəxsə 300 ABŞ dollarından artıq valyuta satılmayıb.

“Respublika” Bankında  ABŞ dolları limitsiz təklif edilsə də burada uzun növbələr yaşanıb ki, bu da dollar ajiotajının ciddiliyindən xəbər verir.

ABS bankda və “Günaybank”ın Nizami küçəsindəki filalında isə dollar satışı ümumiyyətlə dayandırılmışdı.

Belə bir vəziyyət qara bazarı da əməlli-başlı fəallaşdırıb. Belə ki, qara bazarda dollar 1.71 və 1.75 manat aralığında təklf olunub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button