Fakt

İcra hakimiyyətinin qarşısında aksiya keçirən qadın həbs edilməyib

İcra hakimiyyətinin qarşısında aksiya keçirən qadın həbs edilməyib

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) binasının qarşısında yerə yorğan-döşək salıb aksiya keçirən və intiharla hədələdiyi deyilən qadın həbs olunmayıb.

Bu barədə virtualaz.org saytına İmişli Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. RPŞ-dən o da bildirilib ki, həmin qadın İmişli sakini Lalə Xanbaba qızı Orucovadır.

İmişli RPŞ-dən onu da bildirdilər ki, Lalə Orucova yaşadığı mənzildən məhkəmə icraçıları tərəfindən qanunsuz olaraq çıxarılmasına etiraz edib, amma onun özünü yandırmağa cəhd etməsi barədə məlumatlar həqiqətəuyğun deyil.

RPŞ-dən verilən məlumata görə, L.Orucovanın etirazına səbəb olmuş mənzil problemi də İmişli RİH tərəfindən həll olunub, hazırda o, başqa bir mənzildə məskunlaşdırılıb. Polisdən onu da əlavə etdilər ki, Lalə Orucovanın guya 15 sutkalıq həbs olunması barədə məlumatlar da həqiqəti əks etdirmir.

Qeyd edək ki, mətbuatda İmişlidə qeyri-adi aksiyanın keçirilməsinə dair məlumat yayılmışdı. Şahidlərin bildirdiyinə görə, yanvarın 23-də bir qadın özü ilə yorğan-döşək gətirərək İmişli RİH-in inzibati binası qarşısında yerə döşəyib və mənzil problemi tələbi yerinə yetirilənədək burada yatacağını bildirib. Polis əməkdaşları və icra məmurları ona yaxınlaşanda etirazçı qadın benzinlə dolu şüşə qabı onlara göstərib və kiminsə yaxına gələcəyi təqdirdə özünü yandıracağını deyib. İcra başçısı ilə görüşdürüləcəyinə və tələbinin təmin olunacağına inandırılandan sonra qadın aksiyasını dayandırıb.

O da bildirilirdi ki, şahidlərin dediyinə görə, Lalə Orucova əvvəlcə RİH-in növbətçi otağında polis nəzarəti altında saxlanılıb, oradan da İmişli Rayon Polis Şöbəsinə aparılaraq 15 sutkalığa həbs edilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button