Fakt

Hərbi Prokurorluğun əməkdaşı ov zamanı güllələndi

Hərbi Prokurorluğun əməkdaşı ov zamanı güllələndiAzərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə prokuroru Rəhman Bayram oğlu Əhmədov güllələnib.

Axar.az xəbər verir ki, 1982-ci il təvəllüdlü prokuror Rəhman Əhmədov ov zamanı dostu tərəfindən ehtiyatsızlıqdan güllələnib.

Belə ki, yanvarın 24-də R.Əhmədov ov etmək məqsədilə Anar Bayramov, Rafiq İsmayılov, İdris Murtuzov, Şəmsəddin İsayev və İlqar Yusifovla Qobustan rayonunun Xilmilli kəndinə ova gedib.

Ov zamanı Qəbələ rayon Vəndam kənd sakini, 1979-cu il təvəllüdlü İdris Xanbala oğlu Murtuzov prokuror Rəhman Əhmədovu güllələyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

R.Əhmədov Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı prokurorluqda araşdırma başlayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button