Fakt

Həbsxananın dörd qadın gözətçisi məhkumdan hamilə qaldı – ŞOK

Həbsxananın dörd qadın gözətçisi məhkumdan hamilə qaldı - ŞOK
Vayt qadınlara cənnət həzzi vəd edib.

Baltimor şəhərinin həbsxanasında qəribə hadisə baş verib.

Oxu.Az “Metro” nəşrinə istinadən xəbər verir ki, kriminal qrupun rəhbəri və həbsxanada nüfuzu olan müttəhim, bu cəzaçəkmə müəssisəsinin dörd qadın əməkdaşının sevgilisinə çevrilib.

Bundan başqa, bütün dörd xanım cinayətkardan hamilə qalıblar.

Müttəhim Tavon Vayt qadınlara avtomobil və daş-qaş daxil olmaqla, bahalı hədiyyələr söz verərək onları cəlb edirdi.

Məlumata görə, Vayt məhkumlara narkotik və mobil telefon çatdırmaqla məşğuldur. Onun aylıq “gəliri” 16 min dollara çatır.

FAB-ın agentlərindən biri danışıb ki, həbsxanaya tam olaraq Tavon Vayt tərəfindən nəzarət edilir. Cinayətkar oranı “öz həbsxanası” adlandırır.

Maraqlıdır ki, cəzaçəkmə müəssisəsinin iki əməkdaşının bədənində “Tavon” döyməsi var. Birinin boynunda, birinin isə biləyində.

Hal-hazırda polis həbsxanada qaçaqmalçılıq üzrə istintaq işi aparır. Cəzaçəkmə müəssisəsinin qadın əməkdaşları və əlbir olduğu şəxslər işdən azad edilib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button