Fakt

Qardaşı üçün polisə 500 min rüşvət təklif etdi

Qardaşı üçün polisə 500 min rüşvət təklif etdi
Rusiyada rüşvət üstündə daha bir azərbaycanlı saxlanılıb. ANS PRESS-in \”RİA Novosti\”yə istinadla verdiyi məlumata görə, Moskva yaxınlığında külli miqdarda narkotik daşımaqda ittiham edilən Azərbaycan vətəndaşı saxlanılıb.
O, böyük partiya marixuana daşımaqda şübhəli bilinərək saxlanılıb.

Hüquq mühafizə orqanlarının məlumatına görə, Moskva vilayətinin Podolsk şəhərində saxlanılan şəxsin qardaşı narkotiklə mübarizə idarəsinin əməkdaşlarının kabinetinə gəlib.

\”O, saxlanılan şəxslə bağlı sübutları saxtalaşdırmaq üçün 500 min rubl (5850 manat) məbləğində rüşvət tələb edib\”.

Qeyd edək ki, saxlanılan şəxsin və qardaşının adı açıqlanmayıb. Narkotik daşımaqda şübhəli bilinən kişi və qardaşını xilas etmək üçün polisə rüşvət təklif edən şəxs barəsində cinayət işi açılıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button