Müxalifətçi lotoreyada “Toyoto Corolla” uddu – Azərbaycanda
Ümid Partiyasının üzvü Malik Fərzəliyev Azercell Telekom MMC-nin keçirdiyi “Uğurlu sms 8228” adlı lotereyada “Toyoto Corolla” markalı avtomobil qazanıb.
Bu barədə musavat.com-a qalib özü məlumat verib. O bildirib ki, bu onun “8228”-dən qazandığı ilk hədiyyə deyil. Daha öncə 2011-ci ildə “AUDİ A3” markalı avtomobil qazanan M. Fərzəliyev bu dəfə “Toyoto Corolla” markalı avtomobil udub.
M.Fərzəliyev deyib ki, vaxtaşırı “8228”-ə sms göndərib və 1000 manat qazanıb. Keçirilən lotoreyada isə uğurlu oyun şarı onun bəxtinə çıxıb və avtomobil əldə edib. Elə həmin gün “Toyoto” mərkəzinə gedərək, avtomobili təhvil alıb.
Ardıcıl iki dəfə avtomobil qazanmasının səbəbinə gəlincə, M.Fərzəliyev bildirib ki, bu, artıq onda bir vərdiş halını alıb və balansında pul olan kimi birinci “8228”-ə sms göndərir.
Qeyd edək ki, lotereyada iştirak etmək üçün Azercell və SimSim abonentləri 8228 qısa nömrəsinə sms göndərməlidirlər. 8228 nömrəsinə göndərilən 1 sms-in qiyməti 1.18 AZN təşkil edir.
Azercell-in “Uğurlu sms 8228” lotereyasına qoşulan abonetlərin hər gün 1000 AZN, hər həftə möhtəşəm “Audi A3 Sportback” avtomobili və sonuncu tirajda 100 000 AZN qazanmaq şansı var.