Fakt
Ağdamda Ermənistanın pilotsuz təyyarəsi vuruldu
Ermənistanın pilotsuz uçan aparatı məhv edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, yanvarın 29-da saat 14 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Hərbi-Hava Qüvvələrimiz tərəfindən məhv edilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.