Fakt

Gəncədə öldürülən tibb bacısının qatili sevgilisi imiş

Gəncədə öldürülən tibb bacısının qatili sevgilisi imişGəncədə bir ay əvvəl əvvəl öldürülən qadının qətlinə dair təfərrüatlar açıqlanıb.

Məlumata görə, oktyabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, Gəncə Şəhər Təcili Tibbi Yardım Stansiyasında tibb bacısı işləmiş, 1972-ci il təvəllüdlü Mayılova Svetlana Kamal qızının itkin düşməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsi, Gəncə Şəhər Prokurorluğu, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan birgə əməliyyat-istintaq tədbirləri bir ay sonra nəticə verib.

Məlum olub ki, oktyabrın 24-də 42 yaşlı Svetlana Mayılova tanışı, 29 yaşlı Gəncə sakini Rauf Əliyevlə görüşüb. Görüş onlar arasındakı vədələşməyə əsasən Raufun Rusiyada yaşayan xalasının Gəncədəki hazırda boş olan evində baş tutub. Özünə məxsus \”Mercedes A Class\” markalı avtomobillə həmin evə gedən Svetlana üçün görüş gözlənilməz sonluqla nəticələnib.

Hadisənin hansı zəmində törədildiyi Gəncə ŞBPİ-nin əməkdaşlarına məlumdur: \”Mübahisə yaranıb və Rauf Əliyev üzərində olan bıçaqla Svetlana Mayılovanı boğaz nahiyəsindən vuraraq qətlə yetirib.

Rauf hadisədən 4 gün sonra meyiti həmin ünvandan götürərək atasına məxsus \”QAZ-24\” markalı avtomobillə Goranboy rayonunun Qaradağlı kəndinə aparıb və nənəsinə məxsus evin tövləsində basdırıb\”.

Cinayətin izinə düşən polis mərhumun kənddə dəfn olunmuş meyitini aşkar edərək çıxarıb və ekspertizaya təqdim edib.

Qətli törətməkdə təqsirləndirilən Rauf Əliyev Svetlana Mayılova ilə uzun müddətdir ki, münasibətdə olduqlarını və onu öldürmək niyyətində olmadığını bildirib: \”Münasibətimiz çoxdan var idi. Söyüş söydü, ona görə vurdum, öldü\”.

Hazırda polis tanışlar arasında ölümlə nəticələnən mübahisəyə nəyin səbəb olduğunu və saxlanılan Rauf Əliyevin başqa cinayət əməllərində iştirakının olub-olmamağını araşdırır (lent.az).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button