Fakt

Bayram Kürdəxanlı azadlığa çıxdı

Bayram Kürdəxanlı azadlığa çıxdıTanınmış meyxana ustası Bayram Kürdəxanlı bu gün azadlığına qovuşub.

Bu haqda Savash.org-u məlumatlandıran meyxana fanatlarından birinin sözlərinə görə, bir müddət öncə narkotik maddə saxlamaqda ittiham olunaraq həbs olunan meyxanaçının cəzasının çəkilməmiş hissəsindən azad olunması onları sevindirib.

Xatırladaq ki, meyxanaçı Bayram Kürdəxanlı iyulun 12-də Sabunçu rayonu ərazisində saxlanılıb. Bakıxanov qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Bayram Kürdəxanlının üzərindən narkotik maddə aşkarlanmışdı. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılmış və meyxanaçıya bir il həbs cəzası verilmişdi.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button