Fakt

Polis bölmədə saxlanılan qızı zorladı (VİDEO, FOTO)

Polis bölmədə saxlanılan qızı zorladı (VİDEO, FOTO)Rusiyanın Tümen vilayətinin polis bölməsində növbəti qalmaqal yaşanıb.

ANS PRESS-in məlumatına görə, bölmədə çalışan polis əməkdaşı 29 yaşlı Yuliyanın zorlanmasında şübhəli bilinərək həbs edilib.

Qadın bir gün əvvəl \”Sportmaster\” mağazasında oğurluq zamanı tutularaq bölməyə gətirilib. Sonra tədqiqatçı tərəfindən dindirilmə üçün çağırılmış qızı 33 yaşlı əməliyyatçı otağına aparıb. Burada isə polis saxlanılan qızı zorlayıb.

İstintaqın versiyasına görə, polis əsəbiləşib və Yuliyanı vurub. Bundan sonra huşunu itirən və əlləri bağlı olan qız polis tərəfindən zorlanıb. Bu fakt üzrə cinayət işi açılıb.

Faktla bağlı bir sıra ekspertizalar təyin edilib və cinayət işinin araşdırılması davam edir.

Qeyd edək ki, zərər çəkən Yuliya \”Oğurluq\” maddəsi ilə artıq iki dəfə mühakimə edilib.

Polis kapitanı işdən çıxarılaraq həbs edilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button