Fakt

Peterburqda atışma: Gürcü və azərbaycanlı bir-birini öldürdülər

Peterburqda atışma: Gürcü və azərbaycanlı bir-birini öldürdülərTəhqiqat aparılır.

Peterburqda (Rusiya) Poqraniçnik Qarkaviy küçəsində yerləşən “Qurman” kafesində ziyarətçilərin münaqişəsi atışma və iki nəfərin ölümü ilə nəticələnib.

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq bölməsindən verilən məlumata görə, “Qətl” maddəsi üzrə cinayət işi başlanılıb.

Müstəntiqlərin məlumatına görə, bazar günü səhər saat 4 radələrində “Qurman” kafesində onun azərbaycanlı direktoru və Gürcüstan vətəndaşı arasında münaqişə baş verib.

Münaqişə zamanı odlu silahdan istifadə edilib. Nəticədə aldığı güllə yaralarından azərbaycanlı kafe direktoru xəstəxanada, Gürcüstan vətəndaşı isə hadisə yerində dünyasını dəyişib.

Hazırda baş vermiş hadisənin təfərrüatları araşdırlır, istintaq aparılır.

oxu.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button