Fakt

Arvadını öldürən sabiq polis əməkdaşının cəzası azaldıldı

Arvadını öldürən sabiq polis əməkdaşının cəzası azaldıldı

Bakı Apelyasiya Məhkəməsində arvadını öldürməkdə ittiham olunan keçmiş polis işçisi, 1978-ci il təvəllüdlü Dilavər Əhmədovun apelyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə qərar elan edilib. Qərara görə, D. Əhmədovun cəzası 9 ildən 8 ilə endirilib.

Qeyd edək ki, D. Əhmədov həyat yoldaşı Gövhər Əhmədovanı mübahisə zəminində boğaraq öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D. Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Dilavər Əhmədov apelyasiya şikayəti verib.

Xatırladaq ki, hadisənin ilk günləri qətlə səbəb kimi üç uşaq anası Gövhər Əhmədovanın bir müddət əvvəl sosial şəbəkədə, daha dəqiq desək, “Odnoklassniki”də əvvəllər tanıdığı bir nəfəri tapması, onunla yazışması göstərilib. Həmin şəxs Gövhərin keçmiş sevgilisi olub. Keçmiş tanışını tapan qadın onunla yenidən münasibət qurub. Bir müddət sonra isə əri məsələdən hali olub. Məhz bundan sonra onların arasında narazılıq yaranıb. Əsəblərini cilovlaya bilməyən ər özündən 11 yaş kiçik olan arvadını boğub.

İttihama görə isə Dilavər Əhmədov 2 may 2014-cü il tarixdə kirayə yaşadığı Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 71 A, mənzil 176-da həyat yoldaşı 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Gövhər Əhmədova ilə mübahisə edib. G.Əhmədova özünə və uşaqlarına məxsus paltarları yığıb atası evinə getmək istədikdə mübahisə daha da kəskinləşib.

Arvadının təkidlə evi tərk etmək istəməsi ailə başçısının əsəblərini tarıma çəkib. O, G.Əhmədovanı kreslonun üstündə otuzduraraq hər iki əli ilə onu boğmağa başlayıb. Baş vermiş mexaniki asfiksiya nəticəsində qadın dünyasını dəyişib.

Qeyd edək ki, Dilavər Əhmədov 2003-cü il noyabr ayında Səbayel polisində işə düzəlib. 2004-cü ildə isə köçürmə yolu ilə Binəqədi Rayon Polis İdarəsinə polis nəfəri vəzifəsinə keçirilib. 2011-ci ildə daxili çanaq pozqunluğu ilə təqaüdə çıxıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button