Fakt

100 min manat ver, Qız qalasının başında şam elə

100 min manat ver, Qız qalasının başında şam elə

“Four Seasons Hotel Baku” oteli 14 fevral – Müqəddəs Valentin günü ərəfəsində gözlənilməz və qeyri-adi təkliflə çıxış edib.

Virtualaz.org saytı haqqin.az portalına istinadən xəbər verir ki, otel Qız qalasının başında sevgili cütlüklər üçün romantic şam yeməyi təşkil etməyi vəd edir. Lakin macəra axtaran gənc sevgililər bu təklifə sevinməyə hələ tələsməsinlər. Belə ki, Qız qalasının ən uca nöqtəsində şam yeməyi öz bahalığına görə hətta “Ginnesin rekordlar kitabı”na da düşməyə iddialıdır. Çünki bu qeyri-adi şam yeməyi sevgili cütlüyə nə az, nə çox – düz 100 min manata başa gələcək.

“Four Seasons” oteli bu astronomik məbləğ qarşılığında əlavə xidmətlər də təklif edir.

“Sevgililər üçün Qız qalasının başında ən dəbdəbəli apartament hazırlanacaq. Bu, “Four Seasons Hotel Baku”dakı prezident otaqları səviyyəsində lüks nömrə olacaq. Cütlüyə son model limuzin xidmət edəcək. Həmin avtomobil sizi dünyanın istənilən nöqtəsindən birbaşa evinizdən götürüb aeroporta çatdıracaq. I dərəcəli təyyarə salonunda Bakıya uçacaqsınız. Biletləriniz də otel tərəindən alınacaq. Qara kürü və şampan şərabı ilə bəzənmiş masa arxasında başlayacaq möcüzəvi məclis “Caspia” restoranındakı unikal şam yeməyi mərasimi ilə davam edəcək” – deyə otelin yaydığı reklam mətnində bildirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button