Fakt

Pilotun təyyarədə son “selfie”si (FOTO, VİDEO)

Pilotun təyyarədə son “selfie”si (FOTO, VİDEO)
ABŞ-da “selfie” təyyarə qəzasına yol açıb.

ANS PRESS-in məlumatına görə, 31 may 2014-cü ildə baş verən qəza barədə qalmaqallı xəbəri \”ABC News\” yayıb.

Araşdırma nəticəsində məlum olub ki, “Cessna 150K” yüngül mühərrikli təyyarənin qəzaya uğramasının səbəbi, pilotun uçuş zamanı “selfie” çəkmək istəyi ucbatından baş verib.

Faciə Kolorada ştatında Denevr şəhəri yaxınlığında baş verib. Təyyarə 4 dəqiqə uçuşdan sonra yerə çırpılıb. Təyyarəni idarə edən 29 yaşlı Amritpal Sinqx olub. Qəza nəticəsində pilot bir nəfər sərnişin ilə birgə həyatını itirib.

Qeyd edək ki, bu “selfie”nin ölümlə nəticələnməsi barədə ilk belə hadisə deyil. Bundan əvvəl xəbər verilmişdi ki, Polşadan olan turist Silviya Reyçel İspaniya Sevilyasında “selfie” çəkdirmək istəyərkən körpüdən yıxılaraq həyatını itirib.

Pilotun təyyarədə son “selfie”si (FOTO, VİDEO)
Pilotun təyyarədə son “selfie”si (FOTO, VİDEO)
Pilotun təyyarədə son “selfie”si (FOTO, VİDEO)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button