Fakt

Tanınmış xanım müğənni polisdə: evi əxlaqsızlıq yuvasıymış

Tanınmış xanım müğənni polisdə: evi əxlaqsızlıq yuvasıymışMaral Tahirqızının evi əxlaqsız yuva çıxdı

“Məni polisə aparıb gecə saat 1-dək orada saxladılar”.

Müğənni Maral Tahirqızı barəsində başlanmış cinayət işinin maddəsi məlum olub.

Savash.org xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, o, Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə təqsirli bilinir. Cinayət işinin istintaqı yekunlaşmaq üzrədir.

M.Tahirqızı ona qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürülməsini təsdiqləyib:

“Hələ ötən ilin may ayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi mənim Xətai rayonunda yerləşən mənzilimdə əməliyyat keçirdi. Polis əməkdaşları evimdə axtarış apardı, lakin mənzilimdə heç kimi tapmadılar. Axtarışlardan sonra isə məni polisə aparıb gecə saat 1-dək orada saxladılar.

Həmin hadisədən sonra məni tez-tez Xətai polisinə çağıraraq ifadəmi alırdılar. Ötən ilin sonlarında müstəntiq mənə dedi ki, barəmdə Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət işi başlanıb. Təbii ki, mən bu ittihamları qəbul etmədim, indi də etmirəm”.

M.Tahirqızı həmçinin bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə şikayət ünvanladığını da qeyd edib.

Qeyd edək ki, M.Tahirqızının Cinayət Məcəlləsinin 244.1-ci maddəsi üzrə təqsiri sübuta yetirilsə, ona iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button