Fakt

Dilənçi uşağın ata-anası: “Dilənmək ailə ənənəmizdir”

Dilənçi uşağın ata-anası: “Dilənmək ailə ənənəmizdir”\”Dilənçilik edən 4 azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Azyaşlıların valideynləri isə dilənçiliyin ailə ənənəsi olduğunu bildirməklə uşaqların dilənməsinə haqq qazandırıblar”.

Bunu açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.

Təşkilat rəhbərinin sözlərinə görə, 10-14 yaşlarında olan azyaşlıların valideynləri ilə əlaqə saxlayıblar: “Uşaqlar dedilər ki, maddi imkanları olmadığından dərsdən yayınıb dilənirlər. Guya beləliklə ailələrinə kömək edirlər. Uşaqların valideynləri sağdır. Onlar roman (qaraçı) tayfalarındandılar. Buna görə də dilənməyi adət-ənənə hesab edirlər. Valideynlər hesab edirlər ki, uşaqların dilənməsində qeyri-qanuni heç nə yoxdur”.

K.Ağazadə dedi ki, onlar hazırda ailələrlə işləyirlər: “Uşaqlardan daha çox valideynlərlə işləmək lazımdır. Onlara valideyn məsuliyyətini, qanun qarşısında vəzifələrini anladırıq. Uşaqların sənədləri qaydasında deyil. Sənədlərin hazırlanmasında kömək göstərəndən sonra uşaqların məktəbə getmələrinə nəzarət edəcəyik”.

Hüquq müdafiəçisi rəhbərlik etdiyi təşkilatın sığınacağında hazırda 30 azyaşlının yaşadığını dedi: “Sığınacaqda 2 yaşından 18 yaşınadək 30 uşaq qalır. Onların arasında maddi imkansız, eləcə də problemli ailələrin uşaqları var. Təəssüf ki, hələ də küçələrdə dilənən, yaşayan uşaqlar var. Küçədə yaşayıb işləyən uşaqların əksəriyyəti valideyn məsuliyyətsizliyinin qurbanlarıdır”.

Virtualaz.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button