Fakt

AMEA-nın Tarix İnstitutundan biabırçı səhv – (Foto)

AMEA-nın Tarix İnstitutundan biabırçı səhv - (Foto)

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu biabırçı səhvə yol verib. Qurumun rəsmi saytında ( http://tarix.gov.az/konflikt.php) Azərbaycanın erməni əsarətində olan rayonlarının işğal olunma tarixləri səhv yazılıb.

Aznews.az xəbər verir ki, Ağdam və Ağdərənin ermənilər tərəfindən işğal olunması tarixi səhv göstərilib. Rayonların işğal tarixləri yer almış cədvəl saytda iki yerdə – “Dağlıq Qarabağ Münaqişəsinin Tarixi” və “Xocalı soyqırımı” bölmələrində qoyulub.

Cədvəldə Ağdamın 1993-cü il fevral ayının 23-də (23.02.1993), Ağdərənin isə iyun ayının 17-də (17.06.1993) işğal olunduğu qeyd olunub. Halbuki Ağdərə 07.07.1993, Ağdam isə ondan bir neçə gün sonra, 23.07.1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunub.

Xatırladaq ki, bir müddət öncə qurumun saytında işğal olunmuş rayonlarla bağlı heç bir məlumatın olmaması barədə adıçəkilən saytda məlumat yayılmışdı. Həmin vaxt qurumdan cavab verilmişdi ki, sayt üzərində iş gedir, iş bitdikdən sonra sözügedən materiallar sayta yerləşdiriləcək.
AMEA-nın Tarix İnstitutundan biabırçı səhv - (Foto)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button