Fakt

Məhkəmə zalındakı qətlin təfərrüatı (FOTOLAR)

Məhkəmə zalındakı qətlin təfərrüatı (FOTOLAR)
Balakəndə iki ay əvvəl həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalında qətlə yetirilib.

Balakən Rayon Mərkəzi Xəstəxanasında APA-ya verilən məlumata görə, Balakən RMX-nın Təcilli Yardım Stansiyasına fevral ayının 4-ü axşam saat 17: 45 radələrində Balakən Rayon Məhkəməsinin binasında bir nəfərin bıçaqlanması barədə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası tərəfindən aparılan müayinə və araşdırma zamanı məlum olub ki, məhkəmə prosesində təqsirləndirilən, rayonun Qullar kənd sakini, 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Xanpəriyev ağır bıçaq xəsarətləri alıb və o aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

Qətlə yetirilmiş Məhəmməd Xanpəriyevin atası İlham Xanpəriyevin APA-ya verdiyi məlumata görə, hadisə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun otağında baş verib. Belə ki, Rafiq Kazımovun otağında aparılan məhkəmə prosesində oğlu Məhəmməd Xanpəriyevi qarşı tərəf, həmkəndlisi olan 1996-cı il təvəllüdlü Elşən Etibar oğlu Xipiyev tərəfindən bıçaqlanaraq qətlə yetirib. Məhəmməd Xanpəriyev aldığı ağır bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Balakən rayon hüquq mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisəni törədən Elşən Xipiyev həbs edilərək istintaqa təhvil edilib.Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Məhəmməd Xanpəriyevlə hadisəni törədən Elşən Xipiyev arasında olan münaqişə ötən ilin dekabr ayının əvəllərindən başlayıb. Belə ki, ötən ilin dekabr ayının 9-u məhkəmə prosesində qətlə yetirilən Məhəmməd Xanpəriyevlə həmkəndliləri 1991-ci il təvəllüdlü İlham İsak oğlu Xipiyev və İlham Xipiyevin qardaşı oğlu, Elşən Xipiyevlə (məhkəmə prosesində hadisəni törədən) şəxsi münasibətlər zəminində münaqişə baş vermişdi. Münaqişə zamanı Məhəmməd Xanpəriyev üzərində gəzdirdiyi bıçaqla İlham Xipiyevi və onun qardaşı oğlu Elşən Xipiyevi vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdi. Dekabr ayında bu hadisəni törədən, Məhəmməd Xanpəriyev barəsində Balakən Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan qərarı çıxarılmışdı.
Məhkəmə zalındakı qətlin təfərrüatı (FOTOLAR)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button