Fakt

Millət vəkili güllə atan oğlunun güdazına gedəcək

Millət vəkili güllə atan oğlunun güdazına gedəcəkDeputat Ayaz Orucovun karyerasının sonu yaxınlaşıb.Tia.az bildirir ki, millət vəkilinin oğlu İsmayıl Orucovun Bakı küçələrində törətdiyi məlum xuliqanlığı A.Orucovun fəaliyyəti kök altına salıb. Əldə etdiyimiz məlumata görə, hadisədən sonra deputat şiddətli töhmət alıb, oğlunun ölkədən çıxışı isə yasaqlanıb.

Məlum olduğu kimi 2013-cü il, noyabrın 13-dən 14-nə keçən gecə İ.Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Həmin vaxt “Nissan Juke”də iki qadın – sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub.

Bu hadisədən oğul güdazına gedən A.Orucovun qarşıdan gələn parlament seçkilərində kənarda qalacağı şübhəsizdir. İddialara görə, Orucovun mandatı alındıqdan sonra oğulun həbsi və atanın cəzalandırılması istisna olunmur. Xatırladaq ki, ailəli olan xanımların güllə atəşinə tutmasının səbəbini sonradan deputat oğlu “kefinin köklüyü” ilə izah etmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button