Fakt

Bakıda müfəttişlər taksi sürücüsünü maşınla vurdu – (Foto)

Bakıda müfəttişlər taksi sürücüsünü maşınla vurdu - (Foto)Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə taksi sürücüsü arasında daha bir insident yaşanıb. Hadisə şahidlərinin avtolent.az-a verdiyi məlumata görə, hadisə bu gün “Şamaxinka” adlanan ərazidə qeydə alınıb.

Nəqliyyat Nazirliyinin müfəttişləri taksi sürücüsündən sənədlərini tələb ediblər. Bu zaman onların arasında mübahisə düşüb və müfəttişlər taksi sürücüsünün sürücülük vəsiqəsini əlindən alıblar. Daha sonra müfəttişlər özlərinə məxsus maşına əyləşərək ərazidən uzaqlaşmaq istəyərkən taksi sürücüsü avtomobilin qarşısına çıxıb. Müfəttişlər avtomobillə taksi sürücüsünü vuraraq hadisə yerini tərk ediblər.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Yaralı taksi sürücüsü ərazidə olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılıb.

Yasamal Rayon Polis İdarəsindən sayta faktı təsdiqləyiblər. Lakin araşdırmalar hələ başa çatmadığı üçün polisdən bu barədə əlavə açıqlama verilməyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button