Fakt

17 yaşlı qardaş 19 yaşlı bacısını boğub öldürdü – NAMUS CİNAYƏTİ

17 yaşlı qardaş 19 yaşlı bacısını boğub öldürdü – NAMUS CİNAYƏTİCinayət işi başlanıldı.

Bərdə rayonunda qətl törədilib.

Savash.org xəbər verir ki, Lent.az-ın məlumatına görə, fevralın 8-də Bərdə şəhəri E.Əsədov küçəsindəki fərdi yaşayış evində 1998-ci il təvəllüdlü Mirpaşa Şahbabayev (bütün ad və soyadlar şərtidir) bacısı, 1995-ci ildə anadan olmuş Nazlı Şahbabayevanı boğaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Bildirilir ki, qətlə yetirilən 20 yaşlı N.Şahbabayeva bir müddət əvvəl evli bir kişiyə qoşulub qaçıb. Qızın bu hərəkətindən sonra ailədaxili münasibətlər gərginləşib.

Nəticədə 17 yaşlı oğlan bacısını öldürmək qərarına gəlib. O, da bildirilir ki, qızın qoşulub qaçdığı kişinin daha əvvəl bir neçə dəfə ailə qurub.

Araşdırmalar davam etdirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button