Fakt

Deputatın \”Allah evi\”nin yanındakı möhtəşəm villası – FOTOFAKT

Deputatın "Allah evi"nin yanındakı möhtəşəm villası - FOTOFAKT\”Allahın evi\”nə baxın, millət vəkilinin evinə baxın…

\”Azərbaycan qanunlarına görə millət vəkillərrinin, dövlət məmurlarının şəxsi bizneslə məşğul olmaları qadağandır. Ancaq ölkə qanunun kağız üzərində olması və çoxlu sayda məmurlarımızın, millət vəkillərimizin bu qanunu tapdalaması isə hər kəsə gün kimi aydındır. Dünyanın normal ölkələrində millət vəkilləri parlamentdə adətən vətəndaşların, seçicilərinin problemlərini, vətəndaşaların sosial narazılıqlarının həlli ilə məşğul olur, yaxud bu problemləri gündəmə gətirməklə dövlətin aidiyyatı orqanalrının diqətin həmin problemlərə yönləndirirlər.

Amma ölkəmizdəki bir çox deputatlar sadəcə kresloda mürgüləməklə məşğuldurlar. Çünki onlar millətin vəkili yox, məhz öz şəxsi problemlərini həll etmək üçün deputat kürsüsünü məşğul edirlər.

Azərbaycanda deputatların çoxu açıq-aşkar şəxsi bizneslə məşğul olduğu media mənsublarına və ictimaiətə yaxşı məlumdur. Bu deputatlar bir qayda olaraq şəxsi bizneslərini uşaqlarının, qardaşlaırnın, ya da özündən başqa heç kəsin tanımadığı bir şəxsin adına rəsmiləşdirir və işlərini rahat şəkildə yönləndirirlər\”, – belə bir yazı ilə azfakt.com saytı çıxış edib.

Saytın yazdığına görə, belə deputatlardan biridə Milli məclisin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat Tahir Süleymanovdur. Depuat Tahir Süleymanovun Şabran və Siyəzən rayonalarında çoxsaylı obyektləri, torpaq sahələri, heyvandarlıq komplekslərinin olduğu həmişə mediada işıqlandırılıb. Amma Tahir Süleymanov heç vaxt bunları boynuna almayıb. Hətta bir müddət əvvəl deputatla Siyəzən rayon icra başçısı arasında hansısa bir obyektin üstündə söz söhbətlərin baş verdiyi barədə mətbuatda silsiləli informasiyalar yayılmışdı.

AzFak.com-un əməkdaşı bu gün deputat Tahir Süleymanovun Siyəzən rayonunda tikib baş gətirdiyi dəbdəbəli villasın şəkillərini çəkib: \”Qeyd edək ki, bu həmin villanın ərazisi 1 ha, qiyməti isə bir neçə milyondan çoxdur. Deputatın villasının yanında isə Allahın evi adlandırılan məscid yerləşir. Ancaq \”Allah evi\” Tahir Süleymanovun villası ilə müqayisədə çox kasıbyanadı və deputat villasının dəbdəbəsinin yanında \”Allahın evi\” doğurdan da, bir komanı xatırladır. Tahir Süleymanov əldə etdiyi bütün biznes obyektlərinin, imarətlərinin, torpaq sahələrinin böyük bir hissəsini məhz deputat olduğu müddətdə əldə edib. Görəsən hörmıtli deputat 1850 manat əmək haqqıyla bu qədər var dövləti necə əldə edib. Bəlkə seçiciləri Allah yolunda deputat \”öz yardım əllərini uzadıblar\”, – yazıda vurğulanır.
\”Yaşı 70-i haqlamış Tahir Süleymanovun Avropanın ən bahalı məkanlarında istirahət etdiyi deyilir. Halbuki dövlət başçısı İlham Əliyev çıxışında özünün 50 illik yubleyini Ağcabədi rayonunda məcburi köçkünlərlə keçirdiyini qeyd etmişdi. Tahir Süleymanov isə parlamentdə “millət vəkili” mandatı adı altında dövlətdən, vətəndaşdan milyonlar mənimsəyən deputatdır\”, – sayt yazır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button