Fakt

Facebook-da vəsiyyət etmək mümkün olacaq

Facebook-da vəsiyyət etmək mümkün olacaq

Facebook şəbəkəsi öz istifadəçilərinə şəxsi hesablarını öldükdən sonra başqalarına “vəsiyyət” qoymaq imkanı yaradıb. Sosial şəbəkənin ABŞ istifadəçiləri artıq dünəndən etibarən bu funksiyadan istifadə edə bilərlər. Bunun üçün «Sazlama» bölməsindəki “profilin təhlükəsizliyi” hissəsinə daxil olmaq lazımdır.

Fins.az-ın məlumatına görə, facebook-un bu məhsul üzrə meneceri Vanessa Kellison-Berç “The Washington Post”-a bildirib ki, istifadəçilərə hesablarla bağlı 3 variant təklif olunacaq: ölümdən sonra hesabın avtomatik silinməsi, hesabın “xatirə səhifəsi”nə çevrilməsi və ölümdən sonra hesabın konkret şəxsə vəsiyyət olunması.

Facebook-a şəxsin ölümü haqda məlumat daxil olduqdan sonra, istifadəçinin adı qarşısında “Xatırlayaraq” (Remembering) sözü yazılacaq.

Səhifənin “varis”i isə mütləq facebook istifadəçisi olmalıdır. Həmin adam profili idarə etmək üçün məhdud imkanlara malik olacaq. Belə ki, “varis” ölən şəxsin köhnə paylaşımlarını redaktə edə və ya hesabı ümumiyyətlə silə bilməyəcək. Lakin yeni dostluq təkliflərini qəbul edə, həmçinin ölən şəxsin profilində yeni paylaşımlar edə, profil və arxa fon fotolarını dəyişə biləcək.

Qeyd edək ki, indiyə qədər facebook istifadəçinin ölümü haqda sənədli sübut aldıqdan sonra, onun hesabını avtomatik silirdi. Bununla yanaşı, ölən şəxsin yaxınları facebook-a onun hesabının silinməsinə dair müraciət ünvanlaya bilər.

Xatırladaq ki, “Google” şirkəti ilk dəfə olaraq “Gmail” elektron poçt xidməti vasitəsilə istifadəçilərə “rəqəmsal varislik” hüququ verən ilk şirkət olmuşdu. 2014-cü ildə “Yahoo”-nun Yaponiyadakı bölməsi eyni hüququ öz istifadəçilərinə təqdim etmişdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button