Fakt

ABŞ-dakı rahatlığını səngərə dəyişən soydaşımız – ONU TANIYAQ

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan həmyerlimizin Qarabağ savaşında iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanması sosial şəbəkələrdə ən çox diqqət çəkən paylaşımlardandır.

Savash.org olaraq bu qəhrəman Vətən oğlunu daha yaxından tanımaq və tanıtmaq qərarına gəldik.

Xatırladaq ki, sözügedən şəxs Məmmədov Hüseyn Ayaz oğludur. Bakı Şəhərində anadan olub. Artıq beş ildir ki, ABŞ-a köçüb, Nyu York şəhərində yaşayır. Həmyerlimizin orada kiçik bizneslə məşğul olduğu deyilir. Qarabağ müharibəsi başlayanda isə vətənpərvər soydaşımız ABŞ-dakı rahat həyatını səngərlə dəyişmək qərarına gəlib.

Elə bu arzu ilə də Vətənə dönən Hüseyn Məmmədov könüllü olaraq cəbhəyə yollanmaq istəyini rəsmi qaydada ifadə edib. İstəyi müvafiq komissarlıq tərəfindən nəzərə alınan Hüseyn Məmmədov hazırda döyüş bölgəsində xidmət edir.

Hüseyn Məmmədovdan qələbə xəbərləri gözləyir və müharibənin tezliklə Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə bitəcəyinə inanırıq.

Tanrı hər bir Azərbaycan əsgərini, ürəyi Azərbaycanla döyünən soydaşımızı qorusun.

Qarabağ Azərbaycandır!

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists