Fakt

Heydər Əsədov baş direktoru işdən çıxardı

Heydər Əsədov baş direktoru işdən çıxardıAqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev işdən çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, bu gün kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayevin əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Məlumata əsasən, bununla əlaqədar Aqrar Elm Mərkəzində keçirilən tədbirdə nazir müavini Seyfəddin Talıbov seleksiyaçı-alim Əsəd Musayevin aqrar elmə verdiyi töhfələrdən danışıb və onun elmi fəaliyyətini yüksək qiymətləndirib.

Xatırladaq ki, Əsəd Musayev seleksiyaçı-alim kimi uzun müddət rəhbərlik etdiyi doğma Elmi-Tədqiqat Əkinçilik İnstitutunda elmi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, nazirin müvafiq əmri ilə Aqrar Elm Mərkəzinin baş direktoru vəzifəsi müvəqqəti olaraq Rəsul Balayevə həvalə olunub.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button