Fakt

Rusiya həbsxanalarında 2 min 846 azərbaycanlı cəza çəkir

Rusiya həbsxanalarında 2 min 846 azərbaycanlı cəza çəkir

Rusiya Federasiyasında cəza çəkən hər üç əcnəbi məhbusdan biri islah müəssisəsinin rəhbərliyi ilə münaqişədədir.

\”Report\” Rusiya mətbuatına istinadən xəbər verir ki, 2013-cü ildə Cəzaların İcrası Federal Xidmətinin (CİFX) müəssisələrində 26,6 min əcnəbi vətəndaş cəza çəkirdisə, 2014-cü ildə onların sayı 28,5 minə çatıb. Bununla yanaşı, onların 95%-i müəssisə rəhbərliyi ilə mübahisə etmir, lakin dustaqların hər üç nəfərindən biri rejimi qəsdən pozan şəxslərdir.

Məhkum olunan əcnəbilər arasında sayca birinci yeri Tacikistan (7 786 nəfər), ikinci yeri Özbəkistan (6 746), üçüncü yeri isə Ukrayna (2 964) tutur. \”Liderlər qrupu\”nu 2 846 nəfərlə Azərbaycan qapayır.

Hazırda CİFX-nın Akademiyasında Rusiya müəssisə və həbsxanalarında cəza çəkən miqrantların psixoloji müşayiəti üzrə xüsusi tövsiyələr hazırlanır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button