Fakt

Arutyunyan foto paylaşdı: “Həyatımın ən ağır şəfəqini qarşıladım”

“Stepanakertin “İntibah Meydanı”nda ilk dəfə olaraq həyatımın ən ağır şəfəqini qarşıladım”. 

Savash.org xəbər verir ki, bu sözlər Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyana məxsusdur. Meydandan fotosunu paylaşan Arutyunyan daha sonra qeyd edib: “Həyat uğrunda deyil, ölüm uğrunda mübarizə davam edir”.

Araik Arutyunyan bunu Şuşanın azad edilməsindən sonra yazması təsadüfi deyil. Şuşa Qarabağ müharibəsində kilid şəhər hesab olunurdu. Hərbi ekspertlər bildirirdi ki, Şuşanın işğaldan azad edilməsi Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçməsini şərtləndirəcək.

Təsadüfi deyil ki, Şuşa işğaldan azad ediləndən sonra ermənilər Xankəndini tərk etməyə başlayıblar. Araik Arutyunyanın yuxarıdakı fikirləri də məğlubiyyətin təzahürüdür. Sadəcə Qarabağdakı separatçı rejim baş verənlərin birmənalı məğlubiyyət kimi görünməməsi üçün son çırpınışlarını edir. Autyunyanın öz təbirincə desək, həyat uğrunda yox, ölmək uğrunda mübarizə aparırlar. Ölüm separatçı rejimin rəhbəri üçün ən optimal variantdır. Əks təqdirdə məğlubiyyətə görə erməni cəmiyyəti tərəfindən linç edilmək təhlükəsilə üzləşə bilər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists