Fakt

Sumqayıtda 5 mərtəbəli binada yanğın: 15 nəfər təxliyyə olundu

Sumqayıtda 5 mərtəbəli binada yanğın: 15 nəfər təxliyyə olunduSumqayıtda bina evində yanğın olub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, şəhərdəki beşmərtəbəli yaşayış binalardan birinin 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin 1 otağının dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə, 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin eyvanında isə pəncərə qismən yanıb.

Yanğın zamanı 15 nəfər yanğınsöndürənlər tərəfindən binadan təxliyyə olunub. 2 nəfər sakin tüstüdən zəhərlənib və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button