Fakt

Dollar bahalaşdı, banklar qanunları pozmağa başladı

Dollar bahalaşdı, banklar qanunları pozmağa başladıFevralın 16-dan valyuta mübadilə məntəqələrində nağd valyuta, əsasən də ABŞ dolları qıtlığı müşahidə olunur.

Virtualaz.org saytının bundan əvvəl xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) məişət səviyyəsində bivalyuta səbətinin tətbiqi ilə bağlı məlumatı fonunda maliiyə böhranı sıçrayışı baş verib.

\”Turan\”ın müxbirlərinin müşahidəsinə görə, kiçik banklar da çətinliklərlə üzləşib, hətta nağd manatla bağlı da çətinlik var.

Hələlik milli valyutanın devalvasiyası fonunda maliiyə yatırımlarını ABŞ dollarına, az halda avroya çevirən əmanətçilərin fəallaşması fonunda AMB susur. Bu səbəbdən banklar açıq valyuta mövqeyinə görə normativləri pozmaq məcburiyyətindədir, bəzi banklar isə yüksək dərəcələrlə dollar depozitlərinin cəlbi kampaniyasına başlayıb. Bu da AMB-nın təlimatına ziddir. Bankirləri hətta tənzimləyici tərəfindən mümkün cərimələr də dayandırmır.

AMB-nın bivalyuta səbətinə keçməklə bağlı qərarına cavab olaraq bank bazarı manatın məzənnəsinin bundan sonra da aşağı düşməsi gözləntisi ilə dollarları saxlamaq qərarına gəlib. Ardıcıl olaraq iki gündür manat 0,05 qəpik ucuzlaşır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button