Fakt
Qurban Məmmədov MTN rəhbərindən xahiş etdi: \”Məni qəbul edin, vacib sözüm var…\”
Tanınmış hüquqşünas Qurban Məmmədov milli təhlükəsizlik naziri Eldar Mahmudova ünvanlanmış məktub göndərərək saytda yerləşdirilməsini xahiş edib. Məktubda deyilir:
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Eldar Mahmudov cənablarına
Hüquqşünas Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Hörmətli nazir!
Az öncə Sizin rəhbərliyiniz altında MTN-də yüksək vəzifə və rütbə daşımış bir şəxsin qanunsuz hərəkətləri barədə məlumat almışam. Vətəndaşın milyonlarla dəyəri olan əmlakını ələ keçirməsi, bu məqsədlə hətta onu şərlətdirib həbs etdirməsi barədə ərizəni şəxsən Sizə təqdim etmək və bu barədə ətraflı şifahi məlumat vermək üçün məni qəbul etməyinizi xahiş edirəm.
Moderator.az