Fakt

Eldəniz Elgünün \”Erməni psixilogiyası\” adlı kitabı nəşr edildi

Eldəniz Elgünün "Erməni psixilogiyası" adlı kitabı nəşr edildiAzərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun xətti ilə \”Erməni psixologiyası\” adlı kitab işıq üzü görüb. Lent.az-ın məlumatına görə, kitabın müəllifi “Unikal” qəzetinin baş redaktor müavini Eldəniz Elgünündür.

Eldəniz Elgün kitabı haqqında bunları deyib: “Kitabı yazmaqda əsas məqsəd qondarma erməni \”soyqırımı”nın 100 illiyi öncəsi ermənilərin əsl kimliyini dünyaya tanıtmaqdır. Kitabda erməni toplumunun dini baxışları, kişi və qadınlarının ayrı-ayrılıqda psixoloji sistemi bütün qabarıqlığı və detalları ilə açıqlanıb\”.
Bu kitabı oxumaqla erməni toplumunun alt və üst maraqlarını tamamilə öyrənmək olar: \”Bir neçə əsrdir ki, türk toplumuna nifrətlə yanaşan ermənilərin əsl kimliyini heç vaxt öyrənməyə cəhd etməməyimiz çox ciddi problemdir. Amma \”Erməni psixologiyası” bu istiqamətdə bir ilk olacaq və ermənilərin kimliyini ermənifobiyaya qapılmadan öyrənmək mümkün olacaq”.

Kitabın elmi redaktoru Azərbaycan Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevadır.

Kitabın Azərbaycanla yanaşı Avropa ölkələrində də yayımı nəzərdə tutulub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button