Fakt

General Araik Arutyunyanı döydü – Əlbəyaxa dava

Qarabağ separatçılarının lideri Araik Arutyunyan erməni general Mikael Arzumanyan tərəfindən döyülüb.

Bu barədə “Hraparak” qəzeti yazıb. Nəşrin yazdığına əsasən, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra qondarma rejimin rəsmiləri toplantı keçiriblər.

Toplantı zamanı “Müdafiə Ordusu”nun komandiri Mikael Arzumanyan əsəblərinə hakim ola bilməyərək qondarma rejimin liderinə zərbə endirib.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ respublikasının “müdafiə naziri” Cəlal Arutyunyanın məhv edilməsindən sonra onun yerinə Mikael Arzumanyan təyin olunmuşdu.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists