Fakt
Qatarda dəhşət: yeni doğulan körpə relslərin üstünə düşdü
Hindistanda bir qadın qatarın tualetində uşaq dünyaya gətirib.
ANS PRESS-in məlumatına görə, Manu adlı qadın Hindistanın Racstan şəhərində qatarla yol getdiyi vaxtda qəfildən halı pisləşib. O, tualetə gedib və burada onun doğum sancıları başlayıb. Ana uşağı elə tualetdəcə doğur. Amma qəfildən körpə tualetdəki dəlikdən relslərin üstünə düşüb. Xoşbəxtlikdən tualetin yaxınlığında duran növbətçi doğan qadının səsini eşidib və qatarı vaxtında dayandırıb.
Onlar körpəni tapıblar və anası ilə birlikdə xəstəxanaya aparıblar. Xoşbəxtlikdən relslərə düşən körpə heç bir ciddi xəsarət almayıb. Həkimlər də bildiriblər ki, həm ana, həm də körpənin vəziyyəti yaxşıdır və onların sağlamlığı üçün heç bir təhlükə yoxdur.