Qarabağdakı sülhməramlıların müşahidə məntəqələrinin sayı açıqlandı

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı sülhməramlıların müşahidə məntəqələrinin yerini və tərkibini açıqlayıb.
Savash.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun açıqlamasına görə, bölgədə ümumilikdə 23 müşahidə məntəqəsi qurulub.
“Mövcud vəziyyəti nəzərə alaraq Rusiya kontingentinin komandanlığı müşahidə postlarının mövqeyini və tərkibini açıqlayıb. Sülhməramlı əməliyyat bölgəsində vəziyyətin gecə-gündüz izlənməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarət 23 müşahidə məntəqəsində sülhməramlı bölmələr tərəfindən həyata keçirilir. Şimal zonasında 11, cənub zonasında isə 12 müşahidə məntəqəsi qurulub”,- deyə Konaşenkov bildirib.
Qeyd edək ki, nazirlik dünən cənub və şimalda 9, Laçın dəhlizində isə 7 ədəd olmaqla, ümumilikdə, 25 müşahidə postunun qurulduğunu açıqlamışdı.