Fakt

MM-də Xocavəndin Tsakuri kəndinin Hünərli adlandırılmasına dair layihə qəbul edilib

Milli Məclisdə “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

Savash.org-un məlumatına görə, qanun layihəsini Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib.

Komitə sədri bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunub: “Xocavənd rayonunun inzibati ərazisinə daxil olan Tsakuri kəndini qəhrəman ordumuz tərəfindən bu günlərdə işğaldan azad olunub. Dövlət başçısının təşəbbüsü ilə kəndin adı dəyişdirilərək ona Hünərli adı verilib. Bu ad Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi gücü, qüdrəti özündə  əks etdirir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists