Fakt

Qubada məktəbli qızı oğurlayan şəxs danışdı (VİDEO)

Qubada məktəbli qızı oğurlayan şəxs danışdı (VİDEO)Qubada məktəbli qız qaçırılıb. Valideynlərinin şikayəti əsasında müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat zamanı məktəbli yarımtikilidə aşkarlanıb. Qaçırılan qızın 6 saat qolu bağlı saxlandığı məlum olub.

ANS TV-nin məlumatına görə, hadisə fevralın 18-i baş verib. Ali məktəbə hazırlaşan 11-ci sinif şagirdi hazırlıqdan qayıdarkən Qubanın Hacıhüseynli kənd sakini ,27 yaşlı Zaur Misirxanov tərəfindən hücuma məruz qalıb. Həmin şəxs məktəbli qızın ağzını bağlayaraq qaçırıb və yaxınlıqdakı yarımtikilidə qolu bağlı halda düz 6 saat saxlayıb.

Ailənin yerli polisə məlumatından dərhal sonra Quba Polis Şöbəsinin əməliyyatçıları məktəblini həmin yerdən xilas edərək təhvil veriblər. Zaur Misirxanov isə saxlanılaraq şöbəyə gətirilib.

Saxlanılan şəxs Zaur Misirxanov: \”Qız məni istəmir deyə onu qaçırmışam\”.

Quba Polis Şöbəsinnin istintaq bölməsində Zaur Misirxanov barəsində adam oğurluğu maddəsilə cinayət işi açılıb. Məktəbli qızı qaçırdığına görə onu 7-8 il azadlıqdan məhrumetme cəzası gözləyir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button