FaktSiyasət

“Moldova Ermənistanın terroçu mahiyyətindən xəbərdar olmalıdır” – Səfir

“Bu savaş dünyaya göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir”.

Bu sözləri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov İkinci Qarabağ savaşı barədə danışarkən deyib.

Onun sözlərinə görə, müharibənin ilk günlərində Moldovanın informasiya resurslarında Azərbaycanın haqlı mövqeyi barədə heç nə yazılmasa da, sonradan vəziyyət dəyişib.

 “Qələbələrin sayı artdıqca, eyni zamanda diplomatik korpusun və diaspor təşkilatlarının səfərbər olması nəticəsində müharibə barədə həqiqətlər Moldova ictimaiyyətinin diqqətinə çatdırıldı. Bundan sonra vəziyyət dəyişdi və artıq Moldovadan Azərbaycanın aqressor deyil, işğalçıya qarşı müharibə aparan tərəf olduğu aydın görünməyə başladı. Digər tərəfdən, Azərbaycanın heç də düşmən qarşısında əzik və məzlum olmadığı aydın oldu. Həm də Ermənistanın Moldovadakı dayaqları demək olar ki, sarsıldı”, – deyə səfir bildirib.

Səfir bildirib ki, ermənilər Moldovada kifayət qədər güclü olublar. “Hətta dövlət vəziflərində, parlamentdə təmsil olunan ermənilər var. Keçmiş prezidentin baş məsləhətçisi belə, erməni idi. Amma bununla belə biz onların dayaqlarını sarsıda bildik.

Bilirsiniz, səfirin özü nə qədər güclü bacarıqlı olsa, əməkdaşları da bir o qədər səmərəli fəaliyyət göstərəcək. Doğrudur, bizim Moldova ilə ikitərəfli münasibətlərimiz var. Amma buna arxayın olmaq olmaz. Hər gün yazılar yazmaq, təhlillər etmək, media ilə, siyasi-ictimai təşkilatlarla əlaqə qurmaq lazımdır. Burada diasporun da fəaliyyəti önəmlidir”, – deyə o vurğulayıb.

Qüdsi Osmanov qeyd edib ki, hazırda Moldovadakı diplomatik korpus və diaspor təşkilatları işğal olunmuş ərazilərdə erməniləri törətdiyi vandalizm aktlarını Moldova cəmiyyətinin diqqətinə çatdırmaq üçün səfərbər olub: “İndi bu bizim əsas vəzifələrimizdən biridir. Və artıq bu barədə təlimat da almışıq. Ermənilərin 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə mədəni abidələri, məzarlılqaları, yaşayış evlərini məhv etməsi barədə foto-video sübutları toplayıb Moldova mediası vasitəsilə yayırıq və bu proses davam edəcək. Dünyanın bütün ölkələri, o cümlədən Moldova Ermənistanın terroçu mahiyyətindən xəbərdar olmalıdır”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists