Fakt

Əli Kərimli hökuməti ittiham etdi: \”Neft pulları…\”

Əli Kərimli hökuməti ittiham etdi: "Neft pulları..."AXCP sədri Əli Kərimlinin hakimiyyətin iqtisadi siyasətini ifşa etməsi iqtidarı isterikaya salıb. Qeyd edək, Əli Kərimli “Facebook” səhifəsində yazdığı statusda neft ucuzlaşmasını əsas gətirərək Azərbaycanın iqtisadi böhrana doğru irəlilədiyini bildirib. AXCP sədri fikrini belə əsaslandırıb ki, iqtidar neft pullarını böyük və səmərəsiz layihələrə xərcləyir.

Neftin ucuzlaşması səbəbindən Neft Fondunun vəsaitləri isə əvvəlki kimi sürətlə artmır, əksinə azalır: “Gələn ildən isə Fonddakı vəsaitlər sürətlə əriməyə başlayacaq. Çünki hökumət tikinti sektorundan korrupsiya yolu ilə əldə olunan milyardlara elə aludə olub ki, Neft Fondu gələn ildən başlayaraq neft satışından əldə edəcəyi vəsaitdən daha artığını büdcəyə transfertlərə və s. layihələrə xərcləməli olacaq. Hətta hökumətin öz proqnozuna görə (hələ neftin bir bahreli 90 dollar olarsa), gələn il Neft Fondu vəsaitləri 3 milyard dollar azalacaq. Yəni Neft Fondu il ərzində satacağı neftin pulunun üstünə 3 milyard da qoyub, transfert edəcək büdcəyə. Amma axı bu hələ ən optimist proqnozdur. Indi heç bir ekspert inanmır ki, gələn il neftin qiyməti 1 barel üçün 90 dollar ola bilər. Deməli, neftin qiymətinin daha aşağı olacağı təqdirdə (daha real elə bu variantdır) təkcə 2015-ci ilin ərzində Neft Fondu vəsaitləri indiki 37 milyard dollardan 5-6 milyard dollar azalacaq.

Amma Neft Fondunun problemi təkcə ildən-ilə artan büdcə transfertləri deyil ki. Hökumət Neft Fondundakı vəsaitləri, demək olar, artıq xərcləyib. Hökumətin artıq imzalanmış müqavilələr üzrə üzərinə götürdüyü maliyyə öhdəlikləri və tikintisi artıq başlanmış bahalı layihələrin xərcləri birlikdə hazırda Neft Fondunda olan vəsaitlərin təqribən cəminə bərabərdir\”. Əli Kərimli rəsmi məlumatlara istinad edərək həmin layihələrin qiymətini də hesablayıb. Məlum olub ki, indiyə qədər imzalanmış müqavilələrlə Neft Fondunun ödəməli olduğu vəsaitlər 32 milyard dollardan artıqdır.

Hakimiyyət Əli Kərimlinin faktlara söykənən bu fikirlərinə YAP-çı deputat Eldar Ibrahimovun dililə cavab verməyə cəhd edib. “Əgər onların damarlarında azərbaycanlı qanı axırsa, proseslərə az da olsa düzgün qiymət versinlər. Heç bir fakta əsaslanmayan fikirlərlə dövlətimizə qarşı qərəzli mövqedən əl çəksinlər. Bu gün dünyada söz sahibinə çevrilən Azərbaycanın iqtisadiyyatı rəqabətədavaml iqtisadiyyat kimi xarakterizə olunur. Ölkə başçısının apardığı məqsədyönlü və düzgün siyasətin nəticəsində neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişaf etdiyi hər kəsə məlumdur. Bu baxımdan da neftin ucuzlaşmasının ölkəmizə heç bir mənfi təsiri olmayacaq. Ona görə də bu cür açıqlamaları sərt şəkildə qınayıram”,- deyə Eldar Ibrahimov bildirib.

YAP-çı deputatın fikirlərindən aydın görünür ki, tutarlı arqument tapa bilməyən iqtidar isterikaya düşüb və ənənəvi qaydada əssasız ittihamlarla vəziyyətdən çıxmağa çalışıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button