Fakt

Bakıda məscidi yandıran Milli Qəhrəman oğlunun FOTOLARI

Bakıda məscidi yandıran Milli Qəhrəman oğlunun FOTOLARIPKK tərəfdarının atası Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.

Bu gün Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Bakının Qaraçuxur qəsəbəsində məscidi yandırmaqda şübhəli bilinən şəxslərin saxlanılması barədə məlumat yayıb.

Oxu.Az xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıb.

Məlumata görə, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak etmişdir. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə “PKK” terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaratmış və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.

Apardığımız araşdırma nəticəsində Namiq Nəsibovun Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğlu olduğu ortaya çıxıb.

Belə ki, Namiq Nəsibov bundan əvvəl internetdə üzərində PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın təsvirinin olduğu köynəkdə şəkil çəkdirib yayması ilə diqqəti özünə cəlb etmişdi.

Həmin vaxt yayılan məlumatda Namiq Nəsibovun bu köynəyi guya içkili olaraq geyindiyi bildirilirdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Kamil Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunda anadan olub.

1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qalırdı. Kamil könüllü özünümüdafiə bölüyü yaradır və bu bölüyün komandiri olur.

30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəy, Xanalılar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərib. O, 29 iyun 1992-ci ildə Qonaqgörməz yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Bakıda məscidi yandıran Milli Qəhrəman oğlunun FOTOLARI
Bakıda məscidi yandıran Milli Qəhrəman oğlunun FOTOLARI
Bakıda məscidi yandıran Milli Qəhrəman oğlunun FOTOLARI

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button