Fakt

“The New-York Times” erməni vandalizmindən yazdı

Azərbaycanın işğal olunmuş ərazilərini tərk edən ermənilərin törətdiyi vandalizm aktları Qərb mediasının da diqqətindən kənarda qalmayıb. 

Savash.org xəbər verir ki, ABŞ-ın nüfuzlu “The New-York Times” qəzeti redaksiya məqaləsində bu məsələyə də toxunub. Nəşr qeyd edir ki, ermənilərin tərk etdiyi ərazilərdə yanğınlar törətməsi münaqişəni yenidən alovlandıra bilər. 

“Qaçan ermənilərin yandırdığı evlər bu düşmənçiliyin yenə alovlanacağını vəd edir. Dini və mədəni hekayətlərin yer aldığı münaqişələrin iblisanə məntiqi isə zorakılıq hər dəfə alovlananda kədər qatının qatılaşdığını göstərir, davamlı sülh bir az da uzaqlaşır”, – məqalədə vurğulanır.

Nəşr bu qənaətə gəlib ki, Qarabağda müharibə bitsə də, Ermənistanla Azərbaycan arasında ədavət başa çatmayıb. “Atəşkəs silahları susdurdu, dronları durdurdu. Bu yaxşıdı, ancaq tərəflərin ədavəti sadəcə güclər balansının dəyişməsi ilə yeniləndi, həll olunmadı”, – qəzet yazır.

Azərbaycan Qarabağda davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər edib. Lakin Ermənistan tərəfi sülhdə maraqlı görünmür. Ən azı ermənilərin tərk etdiyi ərazilərdə törətdikləri vəhşiliklər onların düşmənçiliyi davam etdirmək niyyətində olduğunu göstərir.

“The New-York Times”in redaksiya məqaləsində bu məsələnin qabardılması təsadüfi deyil. Bu həm də ermənilərin Cənubi Qafqazda destablizasiya mənbəyi olmasına işarə hesab edilə bilər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button