Fakt

Bakıda Almaniya səfirliyində dava: atteşeni döydülər

Bakıda Almaniya səfirliyində dava: atteşeni döydülərAlmaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyində insident olub.

Lent.az-ın məlumatına görə, fevralın 19-da Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinə müraciət edən səfirliyin atteşesi, 1976-cı il təvəllüdlü Biernbaum Daniel Pierre xuliqanlıq əməli ilə üzləşdiyini deyib

D.Biernbaum qeyd edib ki, fevralın 19-u saat 12:20 radələrində səfirliyin İSR Plaza-nın 10-cu mərtəbəsində (Nizami küçəsi, 69) yerləşən əsası ofisində Fərid adlı şəxs xuliqanlıq zəminində ona qarşı zorakılıq hərəkətləri edib. Həmin şəxs səfirlik əməkdaşını vuraraq yıxıb. Şikayətçi Fərid adlı şəxsin onu səbəbsiz yerə vurduğunu, hadisənin hansı səbəbdən baş verdiyini anlamadığını da əlavə edib.

İlkin araşdırmalardan sonra Almaniya vətəndaşının şikayətçi olduğu şəxsin kimliyi dəqiqləşdirilib. Həmin şəxsin paytaxt sakini, 1973-cü il təvəllüdlü Fərid Nəcəfquluzadə olduğu müəyyən edilib. Araşdırmalar davam etdirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button