Fakt
Putin türk əsgərini türkcə salamladı
Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfəri Anıt qəbirin ziyarəti ilə başlayıb.
Türkiyəyə 10 nazirlə gələn Putin ziyarət zamanı xatirə dəftərinə ürək sözlərini yazdıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Prezident Sarayında Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanan Putin Prezident qvardiyasını türk dilində salamlayıb.
Ölkə himnləri oxunan zaman 21 dəfə top atəşi açılıb. Daha sonra prezidentlər heyətləri təqdim edib.
İki ölkənin heyəti arasında keçirilən görüşdə bir çox məsələlər müzakirə olunub. Görüş davam edir.
Savash.org