Fakt

Bakıda müfəttişlər daha bir sürücünü vəhşicəsinə döydü – (Fotolar)

Bakıda müfəttişlər daha bir sürücünü vəhşicəsinə döydü - (Fotolar)

Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri sürücünü döyüb.

Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.

Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən xuliqanlıq zəminində döyülüb. Şikayətçinin ərizəsi əsasında polis tərəfindən araşdırmalara başlanıb.

Döyülən sürücü şikayətində taksi fəaliyyəti ilə məşğul olmadığını bildirib: “Mən qonaq qarşılamaq üçün metronun qarşısında gözləyirdim. Tanımadığım 3 nəfər maşına əyləşərək sifariş verdi. Onlara taksi fəaliyyəti ilə məşğul olmadığımı dedim. Lakin onlar inanmadılar və məni döydülər”.

Sayt döyülən sürücünün fotolarını da əldə edib.
Bakıda müfəttişlər daha bir sürücünü vəhşicəsinə döydü - (Fotolar)
Bakıda müfəttişlər daha bir sürücünü vəhşicəsinə döydü - (Fotolar)
Bakıda müfəttişlər daha bir sürücünü vəhşicəsinə döydü - (Fotolar)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button