Lənkərandan rəsmi təkzib: \”Heç bir aksiya olmayıb…\”
Məlum olduğu kimi, bu gün mətbuatda Lənkəran rayonunda bahalaşmaya etiraz olaraq aksiyanın keçirilməsi haqda xəbərlər yayılıb. Bununla bağlı Savash.org-un elektron ünvanına Lənkəran İcra Hakimiyyətinin rəsmi mövqeyi daxil olub və rəsmən bildirilir ki Lənkəran rayonunda heç bir aksiya olmayıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin mövqeyini olduğu kimi dərc edirik:
\”Bir sıra xəbər portallarında 28 fevral 2015-ci il tarixdə \”Lənkəranda bahalaşmaya etiraz aksiyası\” başlığı ilə yayılan xəbərlə bağlı bildiririk ki, sözügedən informasiya tamami ilə əsassız, saxta və yalandır. Əvvəla, Lənkəranda heç bir ticarət şəbəkəsində süni qiymət artımı olmamışdır. Hazırda da qiymətlər sabitdir. İkincisi isə gün ərzində nə Lənkəran Şəhər İcra Hakimiyyətinin yaxınlığında, nə də şəhər və rayon ərazisində heç bir aksiya və yaxud narahatedici hadisə baş verməyib, heç yerə polis qüvvələri göndərilməmişdir.
Diqqətinizə çatdırmaq istəyirik ki, çaşqınlıq yaratmaq məqsədi ilə yayılan bu cür yalan və saxta informasiyaları dəqiqləşdirmədən, ən azından aidiyyatı təşkilatların rəyini öyrənmədən yaymaq həmin informasiya orqanlarının nüfuzuna xələl gətirir. Onların obyektlivliyinə inamsızlıq yaradır. Bunu nəzərə almağınınız vacibdir\”.